fbpx

Biz hansı məlumatlarıdan istifdə edirik?

Xəstə Max Access Solution (MAS) proqramında iştirak etdikdə, biz aşağıdakı Şəxsi Məlumatı toplayırıq, saxlayırıq və istifadə edirik (ümumilikdə “emal” edirik):

  • adınız;
  • cinsiniz;
  • doğum tarixiniz;
  • əlaqə nömrəniz(lər);
  • e-poçt ünvanınız;
  • yazışma ünvanınız;
  • müalicə aldığınız xəstəxana və həkim;
  • gəliriniz və ya maliyyə vəziyyətiniz (əgər varsa); və
  • baxıcınızın əlaqə məlumatları (əgər varsa).

(ümumilikdə “Şəxsi Məlumatlarınız”)

Biz adekvat dəstək və qayğı göstərməyimiz üçün aşağıdakı Həssas Şəxsi Məlumatları da istifadə edəcəyik:

  • diaqnozunuz;
  • diaqnoz tarixiniz;
  • aldığınız müalicə;
  • PZR testinizin nəticələri və tarixləri (əgər varsa).

(ümumilikdə “Həssas Şəxsi Məlumatlarınız”)

Şəxsi məlumatlarınızı və həssas şəxsi məlumatlarınızı necə və nə üçün istifadə edirik?

MAS proqramlarımızdan birində xəstə kimi iştirak etmək üçün müraciət etdiyiniz zaman biz Sizin Şəxsi Məlumatlarınızı və Həssas Şəxsi Məlumatlarınızı birbaşa sizdən, baxıcınızdan və/yaxud həkiminizdən toplayırıq. Şəxsi məlumatlarınızı və həssas şəxsi məlumatlarınızı aşağıdakı məqsədlər üçün istifadə edirik:

  • sizi tanımaq;
  • sizinlə ünsiyyət qurmaq;
  • sizə xəstə dəstəyi və qayğı göstərmək;
  • xəstəliyiniz və ya müalicəniz haqqında məlumatı sizinlə paylaşmaq;
  • hər hansı qanun və ya qaydalara uyğun olaraq öhdəliklərimizə əməl etməyimizi təmin etmək;
  • Proqramların idarə edilməsi ilə bağlı hər hansı digər məqsədlər.

(ümumilikdə “Məqsədlər”).

Biz məlumatlarınızı nəşrlər üçün ümumi və identifikasiya olunmaməş şəkildə istifadə edə bilərik. Bu o deməkdir ki, sizi müəyyən edə biləcək hər hansı məlumat (məsələn, adınız, doğum tarixiniz, ünvanınız) silinəcək, beləliklə heç kim məlumatların sizə aid olduğunu bilməyəcək.

Şəxsi məlumatlarınızı və həssas şəxsi məlumatlarınızı kimə açıqlayacağıq?

Şəxsi məlumatlarınızı və/və ya Həssas Şəxsi Məlumatlarınızı aşağıdakılara açıqlaya bilərik:

  • The Max Foundation daxilindəki qurumlar; və
  • Qanunla buna məcbur olduğumuz halda hüquq-mühafizə orqanı və ya dövlət qurumu.

Sizin Şəxsi Məlumatlarınız və Həssas Şəxsi Məlumatlarınız həmçinin ABŞ-da yerləşən qorunan, veb-əsaslı məlumat bazamızda saxlanılır.

Sizin razılığınız olmadan şəxsi məlumatlarınızı və həssas şəxsi məlumatlarınızı hər hansı digər üçüncü tərəfə açıqlamayacağıq. Biz həmçinin Şəxsi Məlumatlarınızı və/və ya Həssas Şəxsi Məlumatlarınızı qoruyacaq və onların təhlükəsiz şəkildə saxlanmasını təmin edəcəyik.

Şəxsi Məlumatlarınızın və Həssas Şəxsi Məlumatlarınızın emalına razılıq verməməyiniz hansı nəticələrə səbəb ola bilər?

Bu Şəxsi Məlumat Bildirişinə əsasən Şəxsi Məlumatlarınızın və Həssas Şəxsi Məlumatlarınızın emalına razılıq vermirsinizsə, The Max Foundation proqramlarında iştirak edə bilməyəcəksiniz.

Məlumatların qorunması hüquqlarınız:

Məlumatların qorunması qanununa əsasən, hüquqlarınız aşağıdakılardır:

  • Məlumat almaq hüququnuz – Sizin hansı məlumatlarınızın toplandığı, necə istifadə edildiyi, nə qədər müddət saxlanılacağı və üçüncü tərəflərlə paylaşılacağı barədə məlumat almaq hüququnuz var.
  • Sizin əldə etmək hüququnuz – Sizin şəxsi məlumatlarınızın surətini tələb etmək hüququnuz var.
  • Düzəliş etmək hüququnuz – Sizin qeyri-dəqiq və ya natamam hesab etdiyiniz məlumatı düzəltməyimizi xahiş etmək hüququnuz var.
  • Silmək hüququnuz – Müəyyən hallarda şəxsi məlumatlarınızı silməyimizi xahiş etmək hüququnuz var.
  • Emalın məhdudlaşdırılması hüququnuz – Bizdən müəyyən hallarda məlumatınızın işlənməsini məhdudlaşdırmağı tələb etmək hüququnuz var.
  • Emalına etiraz etmək hüququnuz – Müəyyən hallarda Şəxsi Məlumatlarınızın emalına etiraz etmək hüququnuz var.
  • Məlumatların daşınması hüququnuz – Bizə verdiyiniz məlumatı müəyyən hallarda başqa təşkilata və ya sizə ötürməyimizi tələb etmək hüququnuz var.
  • Pozulma barədə bildiriş almaq hüququnuz – Təminatsız Qorunan Sağlamlıq Məlumatlarınızdan hər hansı birinin pozulması ilə bağlı xəbərdar olmaq hüququnuz var.

Hüquqlarınızı həyata keçirmək üçün sizdən heç bir ödəniş tələb olunmur. Əgər müraciət etsəniz, sizə 1 ay ərzində cavab veriləcək.

Müraciət etmək istəyirsinizsə, aşağıdakı ünvanla bizimlə əlaqə saxlayın:

The Max Foundation
1448 NW Market St.
Suite 500
Seattle, WA 98107
+1 (206) 778-8660
info@themaxfoundation.org